Gəncədə “Mercedes” “Zaporojets”lə toqquşub, sürücülər və sərnişin yaralanıb

Gəncədə “Mercedes” “Zaporojets”lə toqquşub, sürücülər və sərnişin yaralanıb Faktla bağlı Dövlət Yol Polisi əməkdaşları tərəfindən araşdırma başlanıb
Hadisə
18 Yanvar , 2017 15:37
Gəncədə “Mercedes” “Zaporojets”lə toqquşub, sürücülər və sərnişin yaralanıb

Gəncə.18 yanvar. REPORT.AZ/ Gəncə şəhərində avtomobil qəzası qeydə alınıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Gəncə-Şəmkir yolunun 1-ci kilometrliyində, Heydər Əliyev parkının yaxınlığında baş verib. 

Belə ki, "Zaporojets" markalı avtomobil benzin doldurma məntəqəsindən maqistral yola çıxan zaman “Mercedes” markalı avtomobillə toqquşub. Qəza nəticəsində hər iki avtomobilin sürücüsü və "Zaporojets" markalı avtomobildə olan qadın sərnişin müxtəlif bədən xəsarətləri alıb. Hadisə yerinə təcili tibbi yardım maşını çağrılıb. Hər üç yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxansına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, qadın sərnişinin vəziyyəti normaldır, sürücülər - Gəncə şəhər sakini 1968-ci il təvəllüdlü Şahin Əsədov və 1967-ci il təvəllüdlü Uğur Musayevin vəziyyəti orta-ağırdır.

Faktla bağlı Dövlət Yol Polisi əməkdaşları tərəfindən araşdırma başlanıb.

Son xəbərlər

Orphus sistemi