Gəncədə məcburi köçkünlərin məskunlaşdığı yataqxanada meyit tapılıb

Gəncədə məcburi köçkünlərin məskunlaşdığı yataqxanada meyit tapılıb Gəncə. 11 noyabr. REPORT.AZ/ Gəncə şəhər Gülüstan qəsəbəsində 46 yaşlı kişinin meyiti tapılıb.
Hadisə
11 Noyabr , 2018 18:26
Gəncədə məcburi köçkünlərin məskunlaşdığı yataqxanada meyit tapılıb

Gəncə. 11 noyabr. REPORT.AZ/ Gəncə şəhər Gülüstan qəsəbəsində 46 yaşlı kişinin meyiti tapılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Kəlbəcər rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yaşayan vətəndaşlardan biri qonşusunun mənzilindən kəskin iy gəldiyi barədə adəti qurumlara müraciət edib.

Əraziyə gələn hüquq-mühafizə orqanlarının iştirakı ilə göstərilən mənzilə giriş edilib və orada tək yaşadığı bildirilən, Kəlbəcər rayon sakini, 1972-ci il təvəllüdlü Etibar Haqverdi oğlu Əhmədovun meyiti aşkarlanıb. İlkin ehtimallara görə, E.Əhmədov bir neçə gün əvvəl öz əcəli ilə ölüb.

Meyit tibbi ekspertızaya aparılıb və onun dəqiq ölüm səbəbi aparılan araşdırmalardan sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi