Gəncədə məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada yanğın olub

Gəncədə məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada yanğın olub Bakı. 25 aprel. REPORT.AZ/ Gəncə şəhərində məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada yanğın olub.
Hadisə
25 Aprel , 2018 18:30
Gəncədə məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada yanğın olub
Report

Bakı. 25 aprel. REPORT.AZ/ Gəncə şəhərində məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada yanğın olub. 

Bu barədə "Report"a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən bildirilib. 

Məlumata görə, aprelin 25-də Gəncə şəhəri ərazisində Rafiq Həsənəliyev küçəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı Alüminium zavodunun sanatoriyasında yanğın baş verib: "Nəticədə Kəlbəcər rayonundan olan məcburi köçkün Malik Hidayət oğlu Alıməmmədovun mənzili ev əşyaları ilə birlikdə yanıb. Bununla əlaqədar olaraq, Dövlət Komitəsi sədrinin tapşırığı əsasında əməkdaşlarımız dərhal həmin əraziyə gedib, mövcud vəziyyətlə yerində tanış olublar. Operativ tədbirlər nəticəsində M.Alıməmmədovun mənzili qısa zamanda bərpa ediləcək və ailəyə müvafiq köməklik göstəriləcək".

Son xəbərlər

Orphus sistemi