Gəncədə maşını arxaya verən ata öz azyaşlı oğlunu vuraraq öldürüb - YENİLƏNİB

Gəncədə maşını arxaya verən ata öz azyaşlı oğlunu vuraraq öldürüb - YENİLƏNİB Hadisə təsadüf nəticəsində baş verib
Hadisə
21 Yanvar , 2018 17:01
Gəncədə maşını arxaya verən ata öz azyaşlı oğlunu vuraraq öldürüb - YENİLƏNİB

Gəncə. 21 yanvar. REPORT.AZ/ Gəncə şəhərində ata atomobilini arxaya verərkən ehtiyyatsızlıqdan oğlunu vuraraq öldürüb.

"Report"un Qərb bürosu xəbər verir ki, şəhər sakini, 1983-ci il təvəllüdlü İlkin Mehman oğlu Rəhimov həyətində avtomobilini arxaya verərkən ehtiyyatsızlıqdan oğlu, 2011-ci il təvəllüdlü Hüseyn Rəhimzadəni vrub. Nəticədə uşaq ağır bədən xəsarətləri alıb və xəstəxanaya aparılarkən yolda vəfat edib. 


***16:24

Gəncə. 21 yanvar. REPORT.AZ/ Gəncə şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Report” xəbər verir ki, Şahsevənlər küçəsində maşınını arxaya verən ata bilmədən təqribən 7 yaşlı oğlunu vuraraq ona ağır xəsarət yetirib.

Uşaq xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi