Gəncədə marşrut avtobusu ilə minik avtomobili toqquşub

Gəncədə marşrut avtobusu ilə minik avtomobili toqquşub Gəncə. 16 aprel. REPORT.AZ/ Gəncə şəhərində marşrut avtobusu ilə minik avtomobili toqquşub.
Hadisə
16 Aprel , 2018 11:02
Gəncədə marşrut avtobusu ilə minik avtomobili toqquşub
Report

Gəncə. 16 aprel. REPORT.AZ/ Gəncə şəhərində marşrut avtobusu ilə minik avtomobili toqquşub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xatai prospektində baş verib.

Belə ki, 5 nömrəli marşrut xətti üzrə hərəkət edən "Hundai" markalı avtobus "Mercedes" markalı avtomobillə toqquşub. Qəzada xəsarət alan olmasa da nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

İlkin məlumatlara görə, hadisə sürücülərin işıqforun qaydalarına riayət etməməsi səbəbdən baş verib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi