Gəncədə mağazadan oğurluq etmək istəyən şəxs saxlanılıb

Gəncədə mağazadan oğurluq etmək istəyən şəxs saxlanılıb Gəncə. 12 may. REPORT.AZ/ Gəncədə oğurluq edən şəxs saxlanılıb.
Hadisə
12 May , 2018 16:19
Gəncədə mağazadan oğurluq etmək istəyən şəxs saxlanılıb

Gəncə. 12 may. REPORT.AZ/ Gəncədə oğurluq edən şəxs saxlanılıb.

DİN mətbuat xidmətinin Gəncə regional qrupundan “Report”un Qərb bürosuna verilən məlumata görə, mayın 12-də səhər saatlarında Baş Mühafizə İdarəsinin Mərkəzi Mühafizə Məntəqəsinə "həyəcan" siqnalı daxil olub.

Gəncə Regional Mühafizə İdarəsinin xidmətdə olan əməkdaşları qısa vaxt ərzində hadisə yerinə çatıblar.

Obyektə baxış zamanı mağazanın qapısının naməlum şəxs tərəfindən sındırıldığı və mağazanın kassasından oğurluğa cəhd olunduğu müəyyən edilib. Həmin cinayəti törətməkdə şübhəli bilinən şəxs hadisə yerindən qaçmaq istəyərkən mühafizə polisinin əməkdaşlarının çevikliyi sayəsində saxlanılıb və maddi subutla birlikdə (kassadan oğurladığı 450 manatla) ərazi üzrə Kəpəz Rayon Polis İdarəsinə təhvil verilib. İstinaq zamanı mağazaya daxil olan şəxsi Gəncə şəhər sakini Sərdar Pənahovun olduğu müəyyən edilib. Onun başqa hansısa cinayətdə iştirak edib-etmədiyi araşdırmalardan sonra məlum olacaq.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi