Gəncədə mağazadan oğurluq edən şəxslər saxlanılıblar

Gəncədə mağazadan oğurluq edən şəxslər saxlanılıblar Gəncə. 22 may. REPORT.AZ/ Gəncə polisi oğurluq törədən şəxsləri saxlayıb.
Hadisə
22 May , 2018 12:04
Gəncədə mağazadan oğurluq edən şəxslər saxlanılıblar
0 : 00
0 : 00

Gəncə. 22 may. REPORT.AZ/ Gəncə polisi oğurluq törədən şəxsləri saxlayıb.

Bu barədə "Report"un Qərb bürosuna DİN mətbuat xidmətinin Qərb Regional Qrupundan bildirilib.

Məlumata görə, mayın 20-də Gəncə şəhər sakini gecə saatlarında ərazidə xidmət aparan polis əməkdaşına yaxınlaşaraq bildirib ki, ona məxsus mağazadan ümumi dəyəri 1000 manat təşkil edən 12 cüt ayaqqabı, 6 ədəd şalvar və 3 ədəd köynək naməlum şəxs və ya şəxlər tərəfindən oğurlanıb.

Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri: Elvin Bağırov, Əliyev Tural Valeh oğlu, əvvəllər məhkum olunmuşlar Elçin Xeyirxəbərov və Əliyev Tural Fəhrad oğlu maddi sübutlarla birlikdə yaxalanaraq Kəpəz RPİ-nə gətirilib.

Dindirilmə zamanı onlar törətdikləri oğurluq hadisəsini etiraf ediblər. Qeyd edək ki, saxlanılan şəxlər mağazanın yerləşdiyi ticarət mərkəzində gözətçi işləyiblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi