Gəncədə külək iri gövdəli ağacı avtomobilin üzərinə aşırıb

Gəncədə külək iri gövdəli ağacı avtomobilin üzərinə aşırıb Gəncədə küləkli hava şəraiti nəticəsində iri gövdəli ağac avtomobilin üzərinə aşıb.
Hadisə
7 İyul , 2022 13:57
Gəncədə külək iri gövdəli ağacı avtomobilin üzərinə aşırıb

Gəncədə küləkli hava şəraiti nəticəsində iri gövdəli ağac avtomobilin üzərinə aşıb.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhərdə əsən külək nəticəsində Yeni Gəncə qəsəbəsində iri gövdəli ağac "VAZ-2106" markalı avtomobilin üzərinə aşıb.

Nəticədə minik avtomobilinə ciddi zərər dəyib. Ağacın aşması nəticəsində həmçinin yaxınlıqda olan idman zalının şüşələri sınıb.

Hadisə yerinə aidiyyəti qurumların nümayəndələri cəlb olunub.

Son xəbərlər

Orphus sistemi