Gəncədə intihar edən şəxsin kimliyi məlum olub - YENİLƏNİB

Gəncədə intihar edən şəxsin kimliyi məlum olub - YENİLƏNİB
Hadisə
441
26 Mart , 2019 11:37
Gəncədə intihar edən şəxsin kimliyi məlum olub - YENİLƏNİB

Gəncədə intihar edən şəxsin kimliyi məlum olub. 

"Report"un yerli bürosunun məlumatına görə, bu Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Turan Mövlud oğlu Osmanlıdır. 

Faktla bağlı araşdırma aparılır.


*** 10:23

Gəncə şəhərində intihar hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərdəki bazarların birinin yaxınlığında qeydə alınıb.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan gənc oğlan özünü yaşadığı evdə kəndirlə asaraq intihar edib.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Hadisə yerinə baxış keçirilib və intiharın səbəbləri araşdırlır.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib.