Gəncədə daha bir qadın əri tərəfindən bıçaqlanıb

Gəncədə daha bir qadın əri tərəfindən bıçaqlanıb Gəncədə kişi münaqişə zəminində 24 yaşlı həyat yoldaşına çox saylı bıçaq xəsarətləri yetirib
Hadisə
6 Fevral , 2021 09:40
Gəncədə daha bir qadın əri tərəfindən bıçaqlanıb

Gəncədə 24 yaşlı qadın bıçaq xəsarətləri alıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Yeni Gəncə qəsəbəsində qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini, 1997-ci il təvəllüdlü A.Məcidli ailə münaqişəsi zəminində çoxsaylı bıçaq xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Aparılan araşdırmalar nəticəsində hadisəni törədən şəxsin A.Məcidlinin həyat yoldaşı B.Məcidli olduğu müəyyənləşib. Şübhəli polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, fevralın 5-də Gəncə şəhərində daha bir qadın bıçaqlanmışdı. Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Ş.Məmmədovanın keçmiş əri tərəfindən bıçaqlandığı bildirilir.

Son xəbərlər

Orphus sistemi