Gəncə sakini hamilə qadının boğazını kəsib, özünü bıçaqlayıb - YENİLƏNİB-2 - TƏFƏRRÜAT

Gəncə sakini hamilə qadının boğazını kəsib, özünü bıçaqlayıb - YENİLƏNİB-2 - TƏFƏRRÜAT Faktla bağlı araşdırmalara başlanıb
Hadisə
9 May , 2017 10:58
Gəncə sakini hamilə qadının boğazını kəsib, özünü bıçaqlayıb - YENİLƏNİB-2 - TƏFƏRRÜAT
Courtesy İmage

Gəncə. 9 may. REPORT.AZ/ Gəncə şəhərində hamilə qadının boğazının kəsilməsi ilə bağlı təfərrüat məlum olub.

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Ramin Kamil oğlu Qarayev keçmiş həyat yoldaşı, 1983-cü il təvəllüdlü Ülviyyə Əliyevanın boğazını kəsdikdən sonra intihara cəhd edərək özünü bıçaqlayıb. Ü.Əliyeva Gəncə şəhəri Abbas Səhhət adına 1 saylı xəstəxanaya yerləşdirilib. R.Qarayev isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Hər iki yaralının vəziyyətinin ağır olduğu bildirilir. 

Ü.Əliyevanın qohumları "Report"un yerli bürosuna hadisənin qısqanclıq zəminində baş verdiyini bildiriblər. 

Belə ki, R.Qarayev və Ü.Əliyeva ailə qurublar. Lakin övladları olmadığından boşanıblar. Xəstəxanalardan birində tibbi bacısı işləyən Ü.Qarayeva başqası ailə həyatı qurub.

Faktla bağlı araşdırmalara başlanıb.


***10:36

Gəncə şəhərində ər hamilə arvadının boğazını kəsib, özünü isə bıçaqlayıb.

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Kəpəz rayonu ərazisində yerləşən "Sərçə bazarı" adlanan ərazidə baş verib.

Hələlik adı məlum olmayan şəxs hamilə arvadı, 1983-cü il təvəllüdlü Ülviyyə Əliyevanın boğazını kəsdikdən sonra intihara cəhd edərək özünü bıçaqlayıb. Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Həkimlər tərəfindən əməliyyata alınan yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. 


***10:28

Gəncə şəhərində hamilə qadın bıçaqlanıb. 

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, hələlik adı məlum olmayan yaralı Gəncə şəhəri, Abbas Səhhət adına 1 saylı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Hamilə qadın əməliyyat edilib. Hadisənin kim tərəfindən törədilməsi və hansı zəmində baş verməsi dəqiqləşdirilir. 

Faktla bağlı əlavə məlumat veriləcək. 

Son xəbərlər

Orphus sistemi