Gəncədə Gənclər Günü qeyd olunub - FOTO

Gəncədə Gənclər Günü qeyd olunub - FOTO Gəncə. 2 fevral. REPORT.AZ/ Gəncə şəhərində İcra Hakimiyyətinin dəstəyi, Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 2 fevral – Gənclər Günü qeyd edilib.
Hadisə
2 Fevral , 2018 16:52
Gəncədə Gənclər Günü qeyd olunub - FOTO

Gəncə. 2 fevral. REPORT.AZ/ Gəncə şəhərində İcra Hakimiyyətinin dəstəyi, Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 2 fevral – Gənclər Günü qeyd edilib.

"Report"un Qərb bürosu xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, ziyalılar, təhsil, səhiyyə, mədəniyyət, idman sahəsində çalışan fəal gənclər və tələbələr iştirak edib.

Tədbirdən öncə gənclər təşkilatlarının fəaliyyətini əks etdirən sərgiyə baxış keçirilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himninə həsr olunmuş və Gəncə şəhərinin ictimaiyyət nümayəndələrinin, fəal gənclərinin iştirakı ilə çəkilən videoçarx nümayiş etdirilib. Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin, həmçinin gənclər təşkilatlarının 2017-ci ildə gənclər sahəsində gördüyü işləri əks etdirən videoçarx da izlənilib. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev gəncləri bayram günü münasibəti ilə təbrik edib. Onlara xoş arzularını çatdırıb. Azərbaycan gəncliyindən və Gəncə şəhərində gənclər üçün yaradılan imkanlardan söz açan Elmar Vəliyev Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Prezidenti İlham Əliyevin gənclərin inkişafı və onların vətənpərvərlik ruhunda formalaşması istiqamətində həyata keçirilən mühüm tədbirlərdən, dövlət gənclər siyasətinin uğurlu bəhrələrindən, Gəncə gənclərinin qazandığı nailiyyətlərdən danışıb. Tədbirdə çıxış edən Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov vurğulayıb ki, 2 fevral “Gənclər Günü” 1997-ci ildə prezident Heydər Əliyevin Sərəncamı ilə təsdiq olunub. Bu günün təntənə ilə qeyd edilməsi Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının nümunəsidir. İdarə rəisi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına təkan verdiyini vurğulayıb. Müşviq Cəfərov bildirib ki, ümumilikdə şəhərdə gənclərin sayı 93.808 nəfərdir. Bu isə şəhər əhalisinin 31%-ni təşkil edir. Tədbirdə Gəncə ASAN xidmət Mərkəzinin Vətəndaşların qəbulu işinin təşkili sektorunun işçisi Vaqif Əjdərli gənclərin fəaliyyətini yüksək qiymətləndirərək onlara bu yolda uğurlar arzu edib. AMEA-nın Gəncə Bölməsinin elmi işçisi Elnur Həsənov Nizami yurdunda elm sahəsimdə gənclərin əldə etdikləri nailiyyətlərdən söz açıb. Gənc alim ölkəmizdə layiqincə həyata keçirilən dövlət gənclər siyasəti və bu siyasətin uğurlu bəhrələrindən danışıb. Daha sonra tədbirdə açıq mikrafon vasitəsi ilə gənclərin fikirləri dinlənilib, onların müraciət, təklif və şikayətlərinə baxılıb. Xüsusilə şəhid ailələri və Qarabağ əlillərinin övladlarına, ailə vəziyyəti ilə problemi olanlara və valideyinlərini itirmiş 37 tələbəyə təhsil haqlarının ödənməsinə (70.000 manat) yardım edilib, 10-dan artıq gənc işlə təmin edilib, bundan başqa küçələrinə avtobus xətlərinin uzadılmasını istəyənlərin və bir sıra başqa müraciətlərin həll olunması üçün icra başçısı aidiyyatı qrum rəhbərlərinə yerindəcə tapşırıqlarını verib. Onlara göstərilən diqqət və qayğıya görə gənclər prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Çıxışlardan sonra ali və orta ixtisas təhsili müəssisələrində Tələbə-Gənclər Təşkilatlarının fəaliyyətlərinin yüksək səviyyədə icrasına verdiyi dəstəyə görə Azərbaycan Dövlət Aqrara Universitetinin prorektoru Aidə Qasımova, Gəncə Dövlət Universiteti rektorunun baş müşaviri Asif Cavadov, Aərbaycan Texnologiya Universitetinin prorektoru Piri Axundov, Gəncə Tibb Kollecinin director müavini Kərimxan Qurbanov, Gəncə Dövlət Regional Kollecinin director müavini Elşad Abbasov, Gəncə Musiqi Kollecinin director müavini Qəhrəman Abbasov “Təşəkkürnamə“ ilə təltif olunub. Gəncə şəhərinin ictimai həyatında fəal iştirakına və 2 fevral – Gənclər Günü münasibəti ilə 35 gənc Gəncə şəhər İcra Hakimiyyəti başçısının “Fəxri Fərman”ı ilə təltif olunub. Sonda xatirə şəkli çəkdirilib.

Son xəbərlər

Orphus sistemi