Gəncə şəhərində hündürmərtəbəli binadan yıxılan gənc qız ağır xəsarətlər alıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsi, bina 45B ünvanında qeydə alınıb.
Gəncə şəhər sakini, 2004-cü il təvəllüdlü Ş.Hüseynova 9 mərtəbəli binanın 7-ci mərtəbəsindən yıxılaraq, müxtəlif dərəcəli xəsarətlər alıb.
O, təcili tibbi yardım maşını ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb və Reanimasiya şöbəsinə yerləşdirilib. Ş.Hüseynovanın vəziyyəti ağır qiymətləndirilir.
Hadisənin təfərrüatları hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.