Gəncədə evdən icazəsiz çıxan koronavirus xəstələri saxlanılıb

Gəncədə evdən icazəsiz çıxan koronavirus xəstələri saxlanılıb Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) və onun tabe qurumlarının əməkdaşları koronavirusa yoluxmuş şəxslərin yaşadıqları evləri qanunsuz olaraq tərk etmələrinə qarşı tədbirləri davam etdirir.
Hadisə
845
1 Dekabr , 2020 10:11
Gəncədə evdən icazəsiz çıxan koronavirus xəstələri saxlanılıb
0 : 00
0 : 00

Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) və onun tabe qurumlarının əməkdaşları koronavirusa yoluxmuş şəxslərin yaşadıqları evləri qanunsuz olaraq tərk etmələrinə qarşı tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"a verilən məlumata görə polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakinləri Asəf Həsənov, Ramil Məmmədov, Çingiz Kazımov, Asəf Məsimov və Sadiq Abdullayev şəraitində müalicə almalarına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadıqları ünvanları tərk etmələri aşkarlanıb.

Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə həmin şəxslər yaşadığı evə göndərilib, barələrində Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi