Gəncədə ər və arvadın bank kartlarından pul çıxarılıb

Gəncədə ər və arvadın bank kartlarından pul çıxarılıb Gəncədə ər və arvadın bank kartlarından pul çıxarılıb.
Hadisə
27 Yanvar , 2020 12:37
Gəncədə ər və arvadın bank kartlarından pul çıxarılıb

Gəncədə ər və arvadın bank kartlarından pul çıxarılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Daşkəsən Rayon Polis Şöbəsinə 2019-cu il noyabr ayının 22-də Gəncə şəhəri ərazisindəki bankomatların birindən Qabaqtəpə kənd sakinləri B.Əliyevə və həyat yoldaşına məxsus 443 manat pulun bank kartlarından çıxarılaraq oğurlanması barədə müraciət daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini S.Abbasov polis əməkdaşları tərəfindən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi