Gəncədə ər və arvad yol qəzasına düşüb

Gəncədə ər və arvad yol qəzasına düşüb Gəncə. 26 avqust. REPORT.AZ/ Gəncə şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
26 Avqust , 2018 22:40
Gəncədə ər və arvad yol qəzasına düşüb

Gəncə. 26 avqust. REPORT.AZ/ Gəncə şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhərin Abbas Abbaszadə küçəsi ilə hərəkətdə olan avtomobilin idarəetmədən çıxaraq maneə çırpılması nəticəsində sürücü xəsarət almasa da, maşında olan 1997-ci il təvəllüdlü həyat yoldaşı Aygün Verdiyeva yaralanıb.

Xəstəxanaya aparılan qadına həkimlər tərəfindən tibbi yardım göstərilib və hazırda vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi