Gəncədə ər arvadını küçədə bıçaqlayıb

Gəncədə ər arvadını küçədə bıçaqlayıb Cinayət işi açılıb, araşdırma aparılır
Hadisə
27 Sentyabr , 2017 09:36
Gəncədə ər arvadını küçədə bıçaqlayıb

Gəncə.27 sentyabr. REPORT.AZ/ Gəncədə ər arvadını bıçaqlayaraq öldürməyə cəhd edib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Dədə Qorqud küçəsi ilə M.Bağırov küçəsinin kəsişməsində baş verib. 

Belə ki, 1976-cı il təvəllüdlü Elyar Aydın oğlu Süleymanov qısqanclıq zəminində həyat yoldaşı olan, 1990-cı il təvəllüdlü Elnarə Daşdəmir qızı Süleymanovanı küçədə bıçaqlayaraq hadisə yerindən qaçıb. Dörd bıçaq yarası alan qadın yaxınlıqdakıların köməyi ilə xəstəxanaya çatdırılıb. Həkimlər tərəfindən əməliyyat olunan yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hüquq-mühafizə orqanları əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerindən qaçan E.Süleymanov saxlanılaraq istintaqa cəlb olunub və onun barəsində cinayət işi açılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi