Gəncədə ər arvadını döyərək xəstəxanalıq edib

Gəncədə ər arvadını döyərək xəstəxanalıq edib Faktla bağlı araşdırma aparılır
Hadisə
2 İyul , 2017 08:39
Gəncədə ər arvadını döyərək xəstəxanalıq edib

Gəncə. 2 iyul. REPORT.AZ/ Gəncədə 22 yaşlı qadın əri tərəfindən döyülüb.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Leyla Meyvulla qızı Məmmədova mübahisə zəminində həyat yoldaşı tərəfindən döyülüb.

Kəllə-beyin travması alan qadın yaxınları tərəfindən hadisə yerinə çağırılan təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Həkimlər tərəfindən tibbi yardım alan qadının vəziyyətinin sabit olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi