Gəncədə dava zamanı 3 nəfər xəsarət alıb

Gəncədə dava zamanı 3 nəfər xəsarət alıb Gəncə şəhərində 3 nəfər arasında qarşıdurma yaşanıb.
Hadisə
18 Oktyabr , 2021 22:46
Gəncədə dava zamanı 3 nəfər xəsarət alıb
0 : 00
0 : 00

Gəncə şəhərində 3 nəfər arasında yaranan qarşıdurma xəsarətlə nəticələnib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Cavad Xan qəsəbəsində qeydə alınıb.

Göygöl rayon sakini, 1994-cü il təvəllüdlü Mərhəmət Əliyevlə Gəncə şəhər sakinləri - 29 yaşlı Anar Rəhimov və onun 31 yaşlı qardaşı Vüsal arasında mübahisə yaranıb. Bu zaman qardaşlardan biri M.Əliyevin başından bel ilə vuraraq ona xəsarət yetirib. M.Əliyev isə onlara kəsici xəsarətlər yetirib. Hər üç yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti kafi qiymətləndirilir.

Hadisənin başvermə səbəbi hələ məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi