Gəncədə daha bir nəfər bıçaqlanıb

Gəncədə daha bir nəfər bıçaqlanıb 30 yaşlı Samir Hacıyev naməlum şəraitdə bıçaqlanı
Hadisə
11 May , 2015 00:30
Gəncədə daha bir nəfər bıçaqlanıb

Bakı. 11 May. REPORT.AZ/ Gəncədə ötən axşam daha bir bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, Zülfü Hacıyev, ev 8 ünvanında yaşayan 30 yaşlı Samir Hacıyev naməlum şəraitdə bıçaqlanıb.

Zərərçəkmiş yaxınlıqdaki insanların köməyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Cərrahiyə şöbəsinə çatdırılıb. Həkimlərin müdaxiləsi nəticəsində xəstənin həyatını xilas etmək mümkün olub.

Hazırda polis 30 yaşlı Gəncə sakini bıçaqlayan şəxsi axtarır. Faktla bağlı cinayət işi qaldırılıb.  

Son xəbərlər

Orphus sistemi