Gəncədə çoxmərtəbəli binanın pəncərə şüşəsi yeniyetmə qızın üstünə düşüb

Gəncədə çoxmərtəbəli binanın pəncərə şüşəsi yeniyetmə qızın üstünə düşüb Faktla bağlı araşdırma aparılır
Hadisə
3 Oktyabr , 2017 10:06
Gəncədə çoxmərtəbəli binanın pəncərə şüşəsi yeniyetmə qızın üstünə düşüb

Gəncə. 3 oktyabr. REPORT.AZ/ Gəncə şəhərində çoxmərtəbəli binadan pəncərə şüşəsi yeniyetmə qızın üstünə düşüb.

"Report"un Qərb bürosunun məlumatına görə, Daşkəsən rayon sakini, 2002-ci il təvəllüdlü Nuray Əsgərova yaxınları ilə birgə şəhərin mərkəzindəki restoranların birindən çıxıb evə gedən zaman yüksək mərtəbəli binanın altından keçəndə hələki bilinməyən səbəbdən sınan pəncərə şüşəsi onun üstünə düşüb. Ağır bədən xəsarətləri alan 15 yaşlı qız dərhal xəstəxanaya yerləşdirilib. Xəstəxanadan "Report"un yerli bürosuna yeniyetmə qızın vəziyyətinin ağır olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi