Yuxarı

Gəncədə cibgirlik edən şəxslər saxlanılıblar

Gəncədə cibgirlik edən şəxslər saxlanılıblar

Bakı. 12 iyun. REPORT.AZ/ Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri ərazisində ictimai nəqliyyatda cibgirliklə məşğul olan şəxslər yaxalanıblar.

Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Nizami (Gəncə) Rayon Polis İdarəsinə müraciət edən Gülüstan qəsəbə sakini G.Nəcəfli iyunun 11-də qəsəbə ərazisində marşrut avtobusunda çantasından içərisində 303 ABŞ dolları və 10 manatı, habelə sənədləri olan pulqabısının oğurlandığını bildirib.

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində ictimai nəqliyyatda oğurlu q etməkdə şübhəli bilinən 3 nəfər polis əməkdaşları tərəfindən müəyyən edilərək “isti izlər”lə saxlanılıblar. Araşdırmalarla onların Gəncə şəhər sakinləri, əvvəllər narkotik, oğurluq, soyğunçuluq və quldurluq cinayətləri törətdiklərinə görə məhkum olunmuşlar - Namiq Cəlalov, Şahin İbrahimov və İlham Hüseynov olduqları müəyyən edilib.

Saxlanılan şəxslər götürülmüş maddi sübutla birgə istintaqa təhvil veriliblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi