Gəncədə çaya düşən azyaşlının meyiti tapılıb - YENİLƏNİB-2

Gəncədə çaya düşən azyaşlının meyiti tapılıb - YENİLƏNİB-2 Gəncə şəhərində Gəncəçay çayına düşən azyaşlının meyiti tapılıb.
Hadisə
1 İyul , 2019 15:38
Gəncədə çaya düşən azyaşlının meyiti tapılıb - YENİLƏNİB-2

Gəncə şəhərində Gəncəçay çayına düşən azyaşlının meyiti tapılıb.

"Report"un Qərb Mərkəzi xəbər verir ki, Gəncə şəhərinin Kəpəz rayonunda naməlum şəraitdə Gəncəçay çayına düşən 2012-ci il təvəllüdlü Səfərli Hüseyn Nuru oğlunun axtarışları başa çatıb. Onun meyiti Gəncə Regional Mərkəzinin xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir. 


*** 14:28 

Gəncə şəhərində Kəpəz rayonu ərazisindən keçən Gəncəçay çayına düşərək boğulan azyaşlının şəxsiyyəti məlum olub.

"Report"un Qərb Mərkəzi xəbər verir ki, bu, şəhər sakini 2012-ci il təvəllüdlü Səfərli Hüseyn Nuru oğludur.

Onun hansı şəraitdə çaya düşərək boğulması hələlik məlum deyil. 

Hazırda xilasedicilər tərəfrindən çayda batan azyaşlının meyitinin axtraışları davam etdirilir. 


*** 12:41

Gəncə şəhərində azyaşlı uşaq çayda batıb.

"Report"un Qərb Mərkəzi xəbər verir ki, Kəpəz rayonu ərazisindən keçən Gəncəçay çayında baş verib.

Hələlik şəxsiyyəti məlum olmayan azyaşlı naməlum şəraitdə çaya düşüb və boğulub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasedicilər cəlb olunub.

Faktla bağlı araşdırmalara başlanılır. 

Son xəbərlər

Orphus sistemi