Gəncədə beşinci mərtəbədən özünü atan qadın xəstəxanada ölüb - YENİLƏNİB-2 - TƏFƏRRÜAT

Gəncədə beşinci mərtəbədən özünü atan qadın xəstəxanada ölüb - YENİLƏNİB-2 - TƏFƏRRÜAT Gəncə. 13 sentyabr. REPORT.AZ/ Gəncə şəhərində beşinci mərtəbədən yıxılan qadının intihar etməsi məlum olub.
Hadisə
13 Sentyabr , 2018 10:09
Gəncədə beşinci mərtəbədən özünü atan qadın xəstəxanada ölüb - YENİLƏNİB-2 - TƏFƏRRÜAT

Gəncə. 13 sentyabr. REPORT.AZ/ Gəncə şəhərində beşinci mərtəbədən yıxılan qadının intihar etməsi məlum olub. 

“Report”un Qərb bürosunun məlumatına görə, 35 yaşlı Turan Yadigar qızı Əliyeva sentyabrın 12-də yaşadığı binanın 5-ci mərtəbəsindən özünü atıb. 

Hadisə nəticəsində ağır xəsarət alan qadın Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq T.Əliyevanın həyatını xilas etmək mümkün olmayıb. 

Aparılan araşdırmalar nəticəsində onun intihar etdiyi məlum olub. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125.1-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. ***02:07


Gəncə. 13 sentyabr. REPORT.AZ/ Gəncə şəhərində hündürmərtəbəli binanın 5-ci mərtəbəsindən yıxalan qadın xəstəxanada ölüb.

"Report"un yerli bürosu xəbər verir ki, şəhər sakini 1983-cü il təvəllüdlü Əliyeva Turan Yadigar qızı yaşadığı binanın 5-ci mərtəbəsindəki mənzilin eyvanından yerə yıxılaraq ağır bədən xəsarətləri alıb.

Yaralı dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq T.Əliyevanın həyatını xilas etmək mümkün olmayıb.


*** 12 sentyabr, 23:20

Gəncə şəhərində qadın hündürmərtəbəli binanın eyvanından yıxılaraq xəsarət alıb.

“Report”un Qərb bürosunun məlumatına görə, qadın şəhərin 4-cü mikrorayon ərazisindəki binanın 5-ci mərtəbəsindəki mənzilin eyvanından yerə yıxılıb.

Nəticədə ağır xəsarət alan qadın Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Yaxınları hadisənin ehtiyatsızlıqdan baş verdiyini bildirsələr də, dəqiq səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi