Gəncədə baş vermiş yol qəzasında 2 nəfər xəsarət alıb

Gəncədə baş vermiş yol qəzasında 2 nəfər xəsarət alıb Faktla bağlı araşdırma aparılır
Hadisə
29 Aprel , 2017 20:40
Gəncədə baş vermiş yol qəzasında 2 nəfər xəsarət alıb

Gəncə. 29 aprel. REPORT.AZ/ Gəncə şəhərində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Gəncə-Göygöl avtomobil yolunun Gülüstan qəsəbəsindən keçən hissəsində baş verib.

Belə ki, "Niva" markalı avtomobil hərəkətdə olarkən qarşı tərəfdən gələn "VAZ-21011" markalı avtomobillə toqquşub. Nəticədə "VAZ-21011"-in sürücüsü, 1980-ci il təvəllüdlü Ceyhun Yüsibov və sərnişini, əmisi oğlu, 1992-ci il təvəllüdlü Elşən Yüsibov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Digər avtomobildə olanlardan isə xəsarət alanlar olmayıb.

Faktla bağlı araşdırma aparılır.                       

Son xəbərlər

Orphus sistemi