Gəncədə avtoxuliqanlıq edən sürücülər saxlanılıb - FOTO - VİDEO - ƏLAVƏ OLUNUB

Gəncədə avtoxuliqanlıq edən sürücülər saxlanılıb - FOTO - VİDEO - ƏLAVƏ OLUNUB Video əlavə olunub.
Hadisə
26 Mart , 2019 23:03
Gəncədə avtoxuliqanlıq edən sürücülər saxlanılıb - FOTO - VİDEO - ƏLAVƏ OLUNUB
Foto: "Report"

Video əlavə olunub. 


***21:05

Gəncədə avtoxuliqanlar saxlanılıb.

Bu barədə "Report"un Qərb bürosuna DİN-nin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər sürücülərə təhlükə yaradan, cəmiyyətə açıqca hörmətsizlik edən bir qrup sürücü saxlanılaraq barələrində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Araşdırmalarla polis əməkdaşları tərəfindən saxlanılan Gəncə şəhər sakinləri - Ayxan Məmmədovun, Nicat Seyidzadənin, Novruz Məmmədovun müxtəlif vaxtlarda şəhərin küçə və yollarında avtoxuliqanlıq etmələri məlum olub. "Mercedes", "VAZ-2011", "VAZ-21074" markalı avtomobilləri idarə edərək yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan bu şəxslər barəsində Gəncə şəhər BPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Bundan başqa Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları bayram günlərində çoxavazlı səs siqnalları ilə vətəndaşların rahatlığını pozan və avtomobilin quruluşuna dəyişiklik edən sürücüləri də aşkarlayıb. Həmin sürücülər avtomobilləri cərimə meydançasına aparılmaqla inzibati qaydada məsuliyyətə cəlb ediliblər.

Son xəbərlər

Orphus sistemi