Gəncədə Zəfər Günü avtoxuliqanlıq edən şəxs saxlanılıb

Gəncədə Zəfər Günü avtoxuliqanlıq edən şəxs saxlanılıb Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin (DYPŞ) əməkdaşları şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücünü saxlayıb.
Hadisə
13 Noyabr , 2021 08:10
Gəncədə Zəfər Günü avtoxuliqanlıq edən şəxs saxlanılıb
Mirzə Rzayev

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin (DYPŞ) əməkdaşları şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücünü saxlayıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan məlumat verilib.

Məlumata görə, Samux rayon sakini Mirzə Rzayev 8 noyabr Zəfər Günündə qohumuna məxsus “VAZ 2106” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi, yol nəqliyyat-hadisəsi törədərək hadisə yerindənn yayınması və həmin hərəkətləri sosial şəbəkələrdə paylaşması məlum olub. Həmin şəxs barəsində DYPŞ-nin əməkdaşları inzibati qaydada protokollar tərtib edərək baxılması üçün məhkəməyə göndərib. Məhkəmənin qərarı ilə M.Rzayev sürücülük hüququndan 1 il müddətinə məhrum edilməklə 30 sutka inzibati qaydada həbs edilib.

Son xəbərlər

Orphus sistemi