Gəncədə avtomobillər toqquşub, xəsarət alanlar var

Hadisə
  • 21 noyabr, 2022
  • 17:47
Gəncədə avtomobillər toqquşub, xəsarət alanlar var

Gəncə şəhərinin Tağı Arani küçəsində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, "VAZ-2106" və "Renault" markalı avtomobillərin toqquşması nəticəsində 1993-cü il təvəllüdlü E.Quliyeva və 1993-cü il təvəllüdlü R.Əliyev xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti kafi, digərinin vəziyyəti isə qənaətbəxş hesab olunur.

Faktla bağlı araşdırma aparılır.