Gəncədə yol qəzasında ölən şəxsin kimliyi məlum olub

Gəncədə yol qəzasında ölən şəxsin kimliyi məlum olub Gəncə şəhərində yol-nəqliyyat hadisəsi olub.
Hadisə
11 Noyabr , 2021 19:49
Gəncədə yol qəzasında ölən şəxsin kimliyi məlum olub
0 : 00
0 : 00

Gəncə şəhərində "Gəncə qapısı" adlanan yerdə baş verən yol qəzasında ölən şəxsin kimliyi məlum olub.

"Report"un məlumatına görə, ölən şəxs "Oka”nın sürücüsü, 1962-ci il təvəllüdlü Gədəbəy rayon sakini Rüstəmov Abdulxaliq Mamed oğludur.

“Hyundai” markalı avtomobilin sürücüsü, 2000-ci il təvəllüdlü Gəncə sakini Hacıyev Timur Daşqın oğlu isə qəzada xəsarət alıb.

Qeyd edək ki, qəza "Hyundai" və "OKA" markalı avtomobillərin toqquşması nəticəsində qeydə alınıb.

17:20

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi olub.

"Report"un məlumatına görə, hadisə şəhərin "Gəncə qapısı" adlanan yerdə qeydə alınıb.

Belə ki, "Hyundai" və "OKA" markalı avtomobillər toqquşub. Nəticədə bir nəfər ölüb, xəsarət alanlar var.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi