Gəncədə avtomobillə vurulan piyada ölüb - YENİLƏNİB

Gəncədə avtomobillə vurulan piyada ölüb - YENİLƏNİB Gəncə şəhərində piyadanın ağır xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
31 Dekabr , 2023 01:12
Gəncədə avtomobillə vurulan piyada ölüb - YENİLƏNİB

Gəncə şəhərində avtomobillə vurulan piyada ölüb.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

“Hyundai” markalı avtomobil piyadanı vurub. Nəticədə ayağı sınan və müxtəlif bədən xəsarətləri alan piyada, 47 yaşlı İlkin Əli oğlu Abdullayev ağır halda xəstəxanaya aparılıb.

Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

01:09

Gəncə şəhərində piyadanın ağır xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

“Hyundai” markalı avtomobil piyadanı vurub.

Nəticədə ayağı sınan və müxtəlif bədən xəsarətləri alan piyada ağır halda xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi