Gəncədə avtomobilin vurduğu piyada xəstəxanada dünyasını dəyişib

Hadisə
  • 24 fevral, 2025
  • 19:30
Gəncədə avtomobilin vurduğu piyada xəstəxanada dünyasını dəyişib

Gəncədə avtomobilin vurduğu piyada xəstəxanada dünyasını dəyişib.

"Report"un Qərb bürosunun məlumatına görə, bir neçə gün əvvəl Gəncə şəhər ərazisində "Opel" markalı avtomobilin vurduğu piyada Elcan Əliyev müalicə aldığı xəstəxanada vəfat edib.

Qeyd edək ki, o, Gəncə şəhərində fəaliyyət göstərən ali məktəblərin birinin tələbəsi olub.

Faktla bağlı araşdırma aparılır.