Gəncədə avtomobil qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub

Hadisə
  • 29 mart, 2022
  • 20:10
Gəncədə avtomobil qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub

Gəncədə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların şəxsiyyətləri məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, yaralılar 14 yaşlı A.Tağıyev və 35 yaşlı E.Tağıyevdir.

Qeyd edək ki, hadisə "VAZ" markalı avtomobilin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

23:29

Gəncə şəhərində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhər ərazisində hərəkətdə olan "VAZ" markalı avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb. Qəza nəticəsində sürücü və sərnişini müxtəlif xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırmalara başlanılıb.

44 - Tezliklə