Gəncədə avtomobil qəzası baş verib, 3 nəfər yaralanıb - FOTO

Gəncədə avtomobil qəzası baş verib, 3 nəfər yaralanıb - FOTO Qəza zamanı iki maşın toqquşub
Hadisə
30 Mart , 2017 00:10
Gəncədə avtomobil qəzası baş verib, 3 nəfər yaralanıb - FOTO

Gəncə. 30 mart. REPORT.AZ/ Gəncə şəhərinin Atatürk prospektində 2 avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında baş verib.

Belə ki, "KİA" markalı avtomobil yüksək sürətlə hərəkətdə olan zaman idarəetmədən çıxaraq yolun sol tərəfindən gələn "Mercedes-Benz" markalı maşınla toqquşub. Nəticədə hər iki sürücü və "Mercedes"də olan bir sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi