Gəncədə qadın piyadanı avtomobil vurub

Hadisə
  • 19 dekabr, 2018
  • 09:02
Gəncədə qadın piyadanı avtomobil vurub

Gəncə. 19 dekabr. REPORT.AZ/ Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər sakini, 1970-ci il təvəllüdlü Sevda Nurəddin qızı Babayeva yolu keçərkən avtomobil onu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.