Gəncədə avtomobil piyadanı vurub

Hadisə
  • 30 noyabr, 2017
  • 14:54
Gəncədə avtomobil piyadanı vurub
Foto: Report.az

Gəncə. 30 noyabr. REPORT.AZ/ Gəncə şəhərində avtomobil piyadanı vurub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. 

Piyada "QAZ-3110" markalı avtomobillə vurulub və yaralı sürücü tərəfindən Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılaraq Travmatologiya şöbəsinə yerləşdirilib.

Onun 20-25 yaşlarında olduğu bildirilir. Yaralının şəxsiyyəti dəqiqləşdirilir. 

Faktla bağlı araşdırma aparılır.