Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, Gəncə şəhər sakini, 35 yaşlı Ramin İmanovu avtomobil vurub. Sürücü yaralını xəstəxanaya aparıb.
R.İmanovun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.