Gəncədə ölümlə nəticələnən yol qəzasının təfərrüatları bəlli olub

Hadisə
  • 27 dekabr, 2022
  • 22:04
Gəncədə ölümlə nəticələnən yol qəzasının təfərrüatları bəlli olub

Gəncədə avtomobil qəzası nəticəsində ölən və xəsarət alanın şəxsiyyəti məlum olub.

“Report”un Qərb bürosunun məlumatına görə, yol-nəqliyyat hadisəsi zamanı ölən piyada 1982-ci il təvəllüdlü Musayev Ramil Safəddin oğlu, xəsarət alaraq xəstəxanaya yerləşdirilən isə 2001-ci il təvəllüdlü Məmmədov Hüseyn Elmar oğludur.

Faktla bağlı araşdırma aparılır.

00:54

Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər ərazisində "Mercedes" markalı avtomobil öncə piyadanı vurub, daha sonra idarəetmədən çıxaraq yol kənarındakı 2 minik avtomobilinə çırpılıb.

Qəza nəticəsində piyada aldığı xəsarətdən dünyasını dəyişib. Hadisədə daha bir nəfər isə xəsarət alıb və xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti