Yuxarı

Gəncədə avtomobil maneəyə çırpılıb, xəsarət alan var

​Gəncədə avtomobil maneəyə çırpılıb, xəsarət alan var

57

Gəncə şəhərində bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində yerləşən otellərin birinin yaxınlığında qeydə alınıb. 

"VAZ-21011" markalı avtomobil idarəetmədən çıxaraq maneə çırpılıb. Nəticədə sürücü, 1983-cü il təvəllüdlü Ramin Məmmədov müxtəlif bədən xəsarətləri alıb. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən yaralının vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi