DİN Gəncədə polisin yol qəzasında ölməsi ilə bağlı məlumat yayıb

DİN Gəncədə polisin yol qəzasında ölməsi ilə bağlı məlumat yayıb Gəncə şəhərində minik avtomobili mağazaya çırpılıb.
Hadisə
24 Noyabr , 2021 09:35
DİN Gəncədə polisin yol qəzasında ölməsi ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Gəncə şəhərində polis əməkdaşının qəzaya düşərək ölməsi ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən "Report"a daxil olan məlumatda deyilir:

"Bu gün-noyabrın 24-də saat 07:30 radələrində Gəncə şəhər Regional Mühafizə İdarəsində mülki mühafizə xidməti üzrə mühafizəçi Emin Əliyev xidmətdə olarkən idarə etdiyi “Fiat Albea” markalı avtomobillə Gəncə şəhərində hərəkətdə olarkən idarəetməni itirərək həmin küçədə yerləşən mağazalardan birinə çırpılıb. 

Nəticədə avtomobildə olan polis baş serjantı Renat Əliyev aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən həyatını itirib, sürücü E.Əliyev isə xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı Gəncə Baş Polis İdarəsində araşdırma aparılır".

09.26

Gəncə şəhərində polis əməkdaşı Renat Əliyevin ölümü ilə bağlı cinayət işi açılıb.

Bu barədə "Report"a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi başlanılıb, istintaq aparılır.

Qeyd edək ki, qəzada ölən R.Əliyev Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Gəncə Regional Mühafizə İdarəsinin əməkdaşıdır.

08.36

Gəncə şəhərində minik avtomobili mağazaya çırpılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhərin Müseyib Bağırov 157 ünvanında "Fiat" markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini şəhər ərazisindəki mağazalardan birinə çırpıb.

Nəticədə sürücü və avtomobildə olan sərnişin Renat Əliyev ağır xəsarət alıb.

R.Əliyev xəstəxanaya aparılan zaman dünyasını dəyişib. Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi