Gəncədə avtobusdan düşən sərnişini maşın vurub

Gəncədə avtobusdan düşən sərnişini maşın vurub Əməliyyata alınan qadının vəziyyəti orta-ağırdır
Hadisə
29 Oktyabr , 2016 21:27
Gəncədə avtobusdan düşən sərnişini maşın vurub

Gəncə. 29 oktyabr. REPORT.AZ/ Gəncədə marşrut avtobusdan düşən sərnişini avtomobil vurub.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Əhmədova Aysel Oqtay qızı şəhərin Azərbaycan küçəsində 6 nömrəli xətt üzrə hərəkət edən marşrutdan düşüb yolu keçmək istəyərkən, başqa bir avtomobil tərəfindən vurulub.

Müxtəlif bədən xəsarətləri alan qadın Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Dərhal həkimlər tərəfindən əməliyyata alınan yaralının vəziyyəti orta-ağırdır.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırmalara başlanıb.

Son xəbərlər

Orphus sistemi