Gəncədə avtobus piyadanı vurub öldürdü

Gəncədə avtobus piyadanı vurub öldürdü Gəncə şəhəri Nizami küçəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
17 Fevral , 2020 13:24
Gəncədə avtobus piyadanı vurub öldürdü
google.az

Gəncə şəhəri Nizami küçəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, hadisə fevralın 16-da saat 7 radələrində Gəncə şəhəri Nizami küçəsində baş verib.

Samux rayon sakini Əhməd Mustafayev idarə etdiyi “İsuzu” markalı xətt avtobusu ilə yolu keçən şəhər sakini Eldar Abbasovu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi