Yuxarı
    Bağlamaq

    Gəncədə ata həbsdə olan oğluna narkotik maddə gətirib

    © Penitensiar.justice.gov.az

    Bakı. 4 dekabr. REPORT.AZ/ Ədliyyə Nazirliyi Penitensiar xidmətin tabeçiliyində olan cəzaçəkmə müəssisələrinə və istintaq təcridxanalarına narkotik maddələrin keçirilməsinə qarşı mübarizə davam etdirilir.

    Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, Penitensiar xidmətin Baş idarəsinin və 2 saylı İstintaq təcridxanasının əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

    Cinayət Məcəlləsinin 228.2.1 və 307.3-cü maddələrinə əsasən, təqsirli bilinərək həbs edilmiş Bayramov Elşən Mahal oğluna atası, Gəncə şəhər sakini Bayramov Mahal Novruz oğlunun gətirdiyi sovqata baxış keçirilən zaman xurma meyvəsinin içərisində xüsusi üsulla gizlədilmiş 7 ədəd polietilen torbaya bükülmüş, çəkisi 2,41 qram narkotik maddə-marixuana və 6 ədəd siqaret kağızına bükülmüş, çəkisi 2,322 qram narkotik maddə-heroin aşkar edilərək götürülüb.

    Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi məqsədilə Gəncə şəhər Baş Polis İdarəsinə göndərilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi