Gəncədə arvadını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Hadisə
  • 10 oktyabr, 2022
  • 06:36
Gəncədə arvadını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Gəncədə arvadını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır.

Bu barədə "Report"a gəncə Şəhər prokurorluğundan məlumat verilib.

Bildirilib ki, bu il iyunun 4-də şəhər sakini, 1990-cı il təvəllüdlü Gülüzar Həsənovanın öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Gəncə Şəhər Prokurorluğunda başlanan cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Aparılan istintaqla zərərçəkmişin əri, 1985-ci il təvəllüdlü Sabir Şabanovun birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Gülüzar Həsənovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Sabir Şabanov Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.