Gəncədə arvadı ilə birlikdə evlərə basqın edən şəxsin ibtidai istintaqı başa çatıb

Gəncədə arvadı ilə birlikdə evlərə basqın edən şəxsin ibtidai istintaqı başa çatıb Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib
Hadisə
5 Dekabr , 2018 09:31
Gəncədə arvadı ilə birlikdə evlərə basqın edən şəxsin ibtidai istintaqı başa çatıb

Bakı. 5 dekabr. REPORT.AZ/ Gəncədə oğurluq və quldurluq etməkdə təqsirləndirilən Aytən Allahverdiyeva, Şaiq Hacıyev, Adil Nuriyev, Elxan Yaqubovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Cinayət işi üzrə 15 zərərçəkmiş var.

Qeyd edək ki, həmin şəxslər Gəncə şəhərində müxtəlif yerlərdə evlərdən oğurluq və quldurluq ediblər.

Belə ki, bu il fevralın 26-da Gəncə şəhərinin Cavadxan qəsəbəsində quldurluq edən şəxslər - Goranboy rayon sakinləri - Elxan Yaqubovun və Adil Nuriyevin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində Şaiq Fəxrəddin oğlu Hacıyev və onunla birgə qeyri-rəsmi yaşayan Aytən Dəmir qızı Allahverdiyevanın da əli olduğu məlum olub. Belə ki, taksi sürücüsü olan Ş.Hacıyev və A.Alahverdiyeva əvvəlcədən soyacaqları evi müəyyən edərək sonradan qrup şəklində çalışdıqları E.Yaqubova və A.Nuriyeva bildiriblər. Əməliyyat zamanı məlum olub ki, saxlanılan dəstə Gəncə şəhəri ilə yanaşı, Goranboy, Şəmkir, Tovuz və başqa rayonlarda da müxtəlif evlərə girərək oğurluq və quldurluq ediblər.

Onlar sonuncu dəfə isə Gəncə şəhərinin Cavadxan qəsəbəsində yerləşən evlərin birinə giriblər. Lakin həmin evdə kirayədə yaşayan şəxsin Daxili İşlər Nazirliyinin “102" xidmətinə zəng edərək maskalı və silahlı şəxslərin onun yaşadığı evə basqın etdiyi barədə verdiyi məlumata əsasən saxlanılıblar.

Son xəbərlər

Orphus sistemi