Gəncədə ana qeysəriyyə əməliyyatından bir gün sonra ölüb - ƏLAVƏ OLUNUB

Gəncədə ana qeysəriyyə əməliyyatından bir gün sonra ölüb - ƏLAVƏ OLUNUB Bu gün Səkinə Məmmədovanın halı pisləşib və o dünyasını dəyişib
Hadisə
4 Yanvar , 2017 23:18
Gəncədə ana qeysəriyyə əməliyyatından bir gün sonra ölüb - ƏLAVƏ OLUNUB

Gəncə. 4 yanvar. REPORT.AZ / Gəncədə ana qeysəriyyə əməliyyatından bir gün sonra ölüb.

"Report"un qərb bürosunun məlumatına görə, Tovuz rayon İbrahimhacılı kənd sakini, 24 yaşlı Səkinə Məmmədova yanvarın 3-də Gəncə şəhər Abbas Səhhət adına 1 Saylı Xəstəxananın Doğum Şöbəsinə yerləşdirilib. Qadın ötən gün geysəriyyə əməliyyatı ilə dünyaya uşaq gətirib.

Bu gün isə onun halı qəflətən pisləşib və Səkinə Məmmədova dünyasını dəyişib. Qeyd edək ki, bu, qadının ikinci doğuşu olub. 

Səkinə Məmmədovanın dünyaya gətirdiyi körpənin vəziyyəti yaxşıdır.

Baş vermiş hadisə ilə bağlı araşdırmalara başlanıb.

Son xəbərlər

Orphus sistemi