Gəncədə ana doğuş zamanı ölüb

Gəncədə ana doğuş zamanı ölüb Hazırda ölümün səbəbləri araşdırılır
Hadisə
10 Dekabr , 2016 21:37
Gəncədə ana doğuş zamanı ölüb

Gəncə. 10 dekabr. REPORT.AZ/ Gəncə şəhərində doğuş zamanı ölüm hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər Abbas Səhhət adına 1 saylı Xəstəxananın Doğum Şöbəsinə gətirilən Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Səbinə Allahverdiyeva doğuş zamanı ölüb.

Xəstəxanadan "Report"a bildiriblər ki, S.Allahverdiyevanın doğuşdan sonra qəflətən halı pisləşib. Həkimlər əllərindən gələni etsələr də, onun həyatını xilas etmək mümkün olmayıb. 

Qadının dünyaya gətirdiyi oğlan uşağının vəziyyəti isə normaldır. Xəstəxanadan onu da bildiriblər ki, bu, S.Allahverdiyevanın ilk doğuşu olub. 

Hazırda ölümün səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi