Gəncədə 9-cu sinif şagirdi özünü asıb - YENİLƏNİB

Gəncədə 9-cu sinif şagirdi özünü asıb - YENİLƏNİB Hadisə Təbriz küçəsində yerləşən mənzildə baş verib
Hadisə
17 Sentyabr , 2017 12:21
Gəncədə 9-cu sinif şagirdi özünü asıb - YENİLƏNİB

Gəncə. 17 sentyabr. REPORT.AZ/ Gəncə şəhərində intihar edən məktəbli qızın adı məlum olub.

"Report"un Qərb bürosu xəbər verir ki, şəhər sakini, 2002-ci il təvəllüdü Qəmbərli Gülçin Arzu qızı özünü evdə asaraq intihar edib. 

İlkin məlumata görə, imtahanda aşağı bal toplayan G.Qəmbərlini anası danlaıb və bundan sonra qız intihar edib. 

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb.


***11:48

Gəncə. 17 sentyabr. REPORT.AZ/ Gəncədə orta məktəb şagirdi özünü asaraq intihar edib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Təbriz küçəsində yerləşən evlərdən birində qeydə alınıb.

Belə ki, 9-cu sinif şagirdi olan məktəbli qız özünü naməlum səbəbdən asaraq intihar edib.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi