Gəncədə 70 yaşlı qadın intihar edib - YENİLƏNİB

Gəncədə 70 yaşlı qadın intihar edib - YENİLƏNİB Gəncə şəhərində özünü yaşadığı evdə kəndirlə asaraq intihar edən ahıl qadının şəxsiyyəti məlum olub.
Hadisə
27 İyun , 2019 08:50
Gəncədə 70 yaşlı qadın intihar edib - YENİLƏNİB

Gəncə şəhərində özünü yaşadığı evdə kəndirlə asaraq intihar edən ahıl qadının şəxsiyyəti məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, bu, şəhər sakini, 1949-cu il təvəllüdlü Cəmilə Rəhimova olub. Onun əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.


*** 07:21

Gəncədə ahıl qadın intihar edib. 

"Report"un məlumatına görə, hadisə Kəpəz rayonu ərazisində yerləşən evlərdən birində baş verib. 

Hələlik şəxsiyyəti məlum olmayan ahıl qadının özünü yaşadığı evdə kəndirlə asaraq intihar etdiyi bildirilir. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. 

Son xəbərlər

Orphus sistemi