Gəncədə 70 yaşlı kişi qətlə yetirilib - YENİLƏNİB

Hadisə
  • 07 yanvar, 2019
  • 12:48
Gəncədə 70 yaşlı kişi qətlə yetirilib - YENİLƏNİB

Gəncə. 7 yanvar. REPORT.AZ/ Gəncə şəhərində 70 yaşlı qohumunu bıçaqlayaraq qətlə yetirən şəxs tutulub.

"Report"un Qərb bürosunun məlumatına görə, V.Zeynalovun qətlində şübhəli bilinən Gəncə şəhər sakini, 1971-ci il təvəllüdlü Məmməd Məhərrəm oğlu Məmmədov saxlanılıb. 

İlkin məlumatlara görə, hadisəyə əvvəldən aralarında olan münaqişə səbəb olub.

Qeyd edək ki, qətli törədən şəxs əvvəllər məhkum olub və hazırda ruhi əsəb dispanserində qeydiyyatdadır.

Faktla bağlı araşdırma aparılır.


*** 15:44

Gəncə. 7 yanvar. REPORT.AZ/ Gəncə şəhərində 70 yaşlı kişi qətlə yetirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər sakini, 1949-cu il təvəllüdlü Valeh Zeynalov qohumu tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Faktla bağlı araşdırma aparılır.