Gəncə şəhər 16 nömrəli orta məktəbdə ölən şagirdin adı məlum olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, bu, məktəbin 1-ci sinif şagirdi, 2013-cü il təvəllüdlü Xəticə Rəhim qızı Hətəmli olub.
Hazırda onun ölüm səbəbləri araşdırlır.
İlkin ehtimallara görə, 6 yaşlı qız xəstəlikdən ölüb. Onun ölümünün dəqiq səbəbləri aparılan tibbi ekspertizadan sonra məlum olacaq.
*** 14:04
Gəncə şəhərində orta məktəbdə ölüm hadisəsi olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Gəncə şəhər 16 nömrəli orta məktəbdə qeydə alınıb.
Belə ki, hələlik şəxsiyyəti məlum olmayan, məktəbin şagirdi, 6 yaşlı qız sinif otağında anidən huşunu itirib və yerə yıxılıb. Onun ölüm səbəbi məlum deyil. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.
Onun meyiti müayinə olunması üçün
Faktla bağlı araşdırma aparılır.